Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub. SİA-nın əldə etdiyi məlumata görə, sonuncu oyun günündə 2 qarşılaşma keçirilib.
"Neftçi" doğma azarkeşlər önündə debütant "Araz-Naxçıvan"ı qəbul edib. Əsas vaxta əlavə edilmiş 3-cü dəqiqəyə qədər üstün olan "ağ-qaralar" bunu sona qədər qoruya bilməyib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Rəşad Sadıqovun çalışdırdığı "Zirə" isə Sumqayıt səfərinə yollanıb. Gərgin keçən qarşılaşmada qapılara qol vurulmayıb. Komandalar meydandan 1 xalla ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB