"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Premyer Liqanın 13-cü turunun "Liverpul"la görüşündə qol vurub.
...Norveçli 27-ci dəqiqədə Natan Akenin ötürməsindən fərqlənib. Haaland Premyer Liqada 50 qol həddinə çatıb. O, bunu turnir tarixində hamıdan daha sürətli edən futbolçu olub. Ona cəmi 48 matç kifayət edib. Əvvəlki rekord 65 oyunda 50 dəfə fərqlənən Endryu Koula məxsus idi.
SİA-nın əvvəl də qeyd etdiyi kimi, “Mançester Siti” – “Liverpul” görüşü 1:1 hesabı ilə bitib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB