"Dövlət tərəfindən idman sahəsinə yüksək diqqət göstərilir" - Xəzər İsayev

"Dövlət tərəfindən idman sahəsinə yüksək diqqət göstərilir" - Xəzər İsayev

“Uzun müddətdir biz Dünya və Avropa Ədalətli Oyunlar Hərəkatı ilə birgə işlər görürük. Bu il isə artıq Azərbaycan Ədalətli Oyunlar Hərəkatının yaranmasından 25 il ötür”. SİA xəbər verir ki, bu sözləri MOK-un Ədalətli Oyunlar komissiyanın sədri Xəzər İsayev jurnalistlərə açıqlamasında deyib.

X.İsayev Azərbaycanda bir sıra yüksək nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, dövlət tərəfindən idman sahəsinə yüksək diqqət və qayğının göstərildiyini vurğulayıb: “Bu cür tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi çox sevindirici bir haldır. Avropanın Ədalət prinsiplərini həyata keçirən insanların ölkəmizdə toplanması böyük qürur hissidir. İdmanda olan haqsızlıqları tənqid edirik və qarşısını almağa çalışırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə