"Azərbaycanda beynəlxalq idman tədbirlərinin keçirilməsi tərəfdarıyıq" - Aleksandr Boriçiç
"Azərbaycan Olimpiya Komitəsinə və dövlət rəhbərliyinə təşəkkür edirəm ki, onlar Azərbaycan Voleybol Federasiyasına dəstək olmağa çalışırlar. Uzun illərdən sonra biz yenidən bir araya gəlmişik və birgə fəaliyyət göstərəcəyik". SİA xəbər verir ki, bu sözləri voleybol üzrə Azərbaycan çempionatının 2023-2024-cü illər mövsümünün açılışından öncə keçirilən mətbuat konfransında Avropa Voleybol Konfederasiyasının (CEV) Prezidenti Aleksandr Boriçiç deyib.
"Son bir neçə ildə Avropa Voleybol Konfederasiyasınnda bir neçə layihə həyata keçirmişik. Bu layihələr nəticəsində böyük federasiyalar daha kiçik federasiyalara dəstək göstərəcəklər. Mən bu gün çox şadam ki, Türkiyə, Bolqarıstan və İtaliya Voleybol Federasiyalarının nümayəndələri buradadırlar",- deyə o əlavə edib.
Boriçiç bildirib ki, Azərbaycan və Türkiyə Voleybol Federasiyaları arasında protokol imzalanıb: "Bu protokol gələcək nailiyyətlərin əldə olunmasına öz töhfəsini verəcək. Əvvəl də olduğu kimi indi də düşünürük ki, Avropada keçirilən bir çox beynəlxalq idman tədbirləri Azərbaycanda keçirilsin".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB