AKAF ilə TKF və TAF arasında əməkdaşlıq memorandumu imzalanıb

AKAF ilə TKF və TAF arasında əməkdaşlıq memorandumu imzalanıb

"Mingəçevir Reqatası-2023"ün beynəlxalq turnirdə artıq son günün yarışları keçirilir. İlk iki gün Azərbaycan komandası üçün uğurlu olub. İdmançılarımız 16 medal qazanıb". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, final yarışlarında Azərbaycan idmançıları da iştirak edir: "Düşünürük ki, reqatanın son günündə də azərbaycanlı idmançılar üçün nəticələr uğurlu olacaq və ən çox medal qazanan komandalar sırasında yer alacaq".

"Əlavə olaraq qeyd edim ki, bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə həm Türkiyə Kanoe Federasiyası, həm də Türkiyə Avarçəkmə Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu, federasiyalar arasında təcrübə mübadiləsinin aparılması, gələcəkdə idmançıların birlikdə məşqlər keçməsinə şərait yaradacaq. Eyni zamanda, federasiyaların birgə təşkilatçılığı ilə beynəlxalq yarışlar da təşkil olunacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə