"Bizim Azərbaycanla bütün oyunlarımız gərgin keçir" - Qazaxıstanın baş məşqçisi
"Mən başqa nəticə gözləmirdim. Bizim Azərbaycanla bütün oyunlarımız belə gərgin keçir. Aktauda oynadığım oyun da çox maraqlı olmuşdu". SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Azərbaycan-Qazaxıstan oyunundan sonra mətbuat konfransında rəqib komandanın baş məşqçisi Rikardo Kaka deyib.
"Futzal tərəfdən baxanda azarkeşlər üçün maraqlı oldu. Bizim üçün də üç xal vacib idi və biz bunu qazandıq. Düşünürəm ki, Azərbaycan komandası buna layiq idi.
Məncə, bizim qrupda ən güclü komandalar Azərbaycan və Qazaxıstandır. Cavab oyununaa çox ciddi hazırlaşacağıq. Ola bilsin ki, bizim üstünlüyümüz olsun. Çünki biz öz meydanımızda oynayacağıq.
Fasilədə öz oyunçularıma məsləhət verdim ki, ilk hissədəki kimi təzyiqə davam etsinlər. Belə də oldu və biz qalib gəldik",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB