Dzyuba “yaxşı qurtardım” deyir...

Dzyuba “yaxşı qurtardım” deyir...

...Bu günə qədər “otumadığı ocaq başı qoymayıb” hazırda Moskvanın "Lokomotiv"ində “qərar tutan”(?) rusiyalı hücumçu Artem Dzyuba “Pari NN” ilə matçda (1:0) toqquşmadan sonra üzünü göstərib.

SİA-nın əldə etdiyi məlumata görə, Dzyuba videonu şəxsi TG kanalında paylaşıb.

Qeyd edək ki, hər kəsə yüksək əhval-ruhiyyə arzulayan Artem, abunəçilərini zədəsinin ciddi olmadığını bildirib. “...Hər şey yaxşıdır, narahat olmayın, kiçik zədələr, ancaq yara izləri insanı bəzəyir”.

Dzyuba deyib bunu.

Xatırladaq ki, Rusiya Premyer Liqasının onuncu turunun matçında Artem Dzyuba 75-ci dəqiqədə yüngül zədə alıb. Futbolçunun matçı davam etdirməsi üçün həkimlər köməyə gəlib və üzünün yarasına “lepuçka” yapışdırmalı olublar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə