Bu gün çimərlik voleybolçularımız iki beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər. SİA xəbər verir ki, bu dəfə təmsilçilərimiz ilk olaraq 29 sentyabr-1 oktyabr tarixlərində Türkiyənin Mersin şəhərində təşkil olunacaq "Bioderma Pro Beach Tour" açıq çempionatında qüvvələrini sınayacaqlar. Bu yarışda ölkəmizi bir qadın ("Azərreyl") və iki kişi komandası ("Murov-1", "Murov-2") təmsil edəcək.
Voleybolçularımızın növbəti sınağı isə Türkiyənin Balıkesir şəhərində olacaq. Burada təmsilçilərimiz CEV klublararası Avropa Kubokunda (Beach Volley European Cup) öz qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi qadınlardan "Azərreyl" və kişilərdən ibarət "Murov" komandaları təmsil edəcək.
Kubok oyunları 5-8 oktyabr tarixlərində baş tutacaq.
İştirakçılarımıza uğurlar arzu edirik
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB