Hansının heyəti güclüdür: “Barselona”nın, yoxsa “Real Madrid”in..?
“Barselona”nın baş məşqçisi Xavi Ernandes komandasının tərkibini “Real Madrid”lə müqayisə edib.
Xatırladaq ki, həftəsonu İspaniya La Liqasının lideri kimi kataloniyalılar meydana çıxıb. Xavinin komandası "Selta" üzərində güclü qələbə qazanıb, “Real Madrid” isə derbidə "Atletiko"ya uduzub.
... “Məncə, “Real Madrid” bizdən daha yaxşı heyətə malikdir? Müqayisə etməyi sevmirəm. Bunun doğru olub-olmadığını iyun ayında görəcəyik. Heyətimdən tam razıyam”, - deyə Xavi mətbuat konfransında bildirib.
Xavinin ötən mövsüm "Barselona"ya 2019-cu ildən bəri ilk İspaniya çempionluğunu qazanmağa kömək etdiyin SİA bir daha xatırladır.
Xatırladaq ki, hazırda komandalar arasındakı xal fərqi bir xaldır. Onu da xatırladaq ki, komandalar El Clasico-da oktyabrın sonunda üz-üzə gələcəklər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB