Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib. SİA-nın məlumatına görə, Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) bütün rəqiblərini üstələyərək, həlledici görüşə vəsiqə qazanıblar.
H.Heydərov yarımfinalda özbəkistanlı Şaxram Əhədova qalib gəlib. Onun finaldakı rəqibi Moldova təmsilçisi Petru Pelivan olacaq. Z.Tçkayev də final yolunda Özbəkistan idmançısını məğlub edib. Nurbek Murtozoyev onunla bacarmayıb. Cüdoçumuz həlledici dueldə avstriyalı Şamil Borçaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə