"Mənim üçün gözlənilən bir qələbə oldu. Təbii ki, bu turnirə qızıl medal qazanmaq üçün gəlmişdim". SİA xəbər verir ki, bu sözləri Azərbaycan cüdoçusu Yaşar Nəcəfov (66 kiloqram) Bakıda keçirilən Böyük Dəbilqə turnirindəki qalibiyyəti barədə təəssüratlarını bölüşərkən deyib.
Qızıl medal mükafatçısı yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Güclü rəqiblərimiz var idi. Lakin hər şeyə rəğmən qızıl medal əldə edərək, qalib oldum”.
O, qarşıdan gələn cüdo üzrə Avropa çempionatına hazırlaşacağını vurğulayıb: “Əsas məqsədim “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib, Azərbaycan himnini səsləndirməkdir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə