"Öz meydanımızda daha yaxşı oynayacağımıza inanıram" - Erlinq Moe

"Bilirdik ki, rəqibimiz hücuma meyilli oynayır. Bugünkü oyunda yaxşı təzyiq göstərməyi bacardı. Hər zaman sonradan oyun qurmağa çalışıram. Fikrimcə, bu düzgün yoldur. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Öz meydanımızda daha yaxşı oynayacağımıza inanıram". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində "Qarabağ"ın rəqibi "Molde"nin baş məşqçisi Erlinq Moe deyib.

"Məğlub olmağı sevmirəm, ona görə də yaxşı hiss etmirəm. Bir addım geridəydik. Ötürmələrin keyfiyyəti yaxşı deyildi. Ümumilikdə komandanın performansından razı deyiləm. Ümid edirəm ki, növbəti oyunda daha yaxşı nəticə əldə edəcəyik. Məncə, erkəndie nəsə demək. Qrupda bir neçə oyundan sonra fikir yarana bilər. Hələ ki bir məğlubiyyətimiz var. Qarşıdakı oyunlarda xalq qazanacağımıza inanıram.

Məqsədimiz cavan norveçli futbolçuları almaq, inkişaf etdirmək və daha sonra transfer etməkdir. Bununla Norveç futboluna öz töhfəmizi vermiş oluruq",- deyə o əlavə edib.

Moe eyni zamanda bildirib ki, bugünkü oyunda Ağdam klubu oyun üçün onlara çox az zona verdi: "Ötən dəfəki rəqibimiz "Qalatasaray" güclü komanda idi. Amma "Qarabağ" daha komanda kimi çıxış etdi. Bunu deməklə niyyətim heç də "Qalatasaray"ı pisləmək deyil. Sadəcə düşünürəm ki, "Qarabağ" komanda kimi daha çox birlik göstərdi".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə