"Qəbələ" hesabı açdı - Yenilənir

"Qəbələ" hesabı açdı - Yenilənir

Misli Premyer Liqasında 5-ci turun oyunları davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu gün nəzərdə tutulan 2 matçdan 1-i başlayıb. Lider "Zirə" səfərdə "Qəbələ" ilə qarşılaşır. "Zirə" bunadək 4 oyunun hamısında qalib gəlib, autsayder "Qəbələ" isə əksinə keçirdiyi 4 matçın hamısında məğlub olub.

Günün son görüşündə "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında son 9 matçda "Sumqayı" qələbə qazana bilməyib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

2 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Zirə” - 1:0 (Birinci hissə)

Qol: Rauf Hüseynli, 20 (1:0)
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

20:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər:
Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu
“Kapital Bank Arena”

3 sentyabr (bazar)

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Gəncə şəhər stadionu

19:30. “Səbail”– “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov
“ASCO Arena”

1 sentyabr (cümə)

19:00. “Sabah” – “Turan Tovuz” - 0:3

N Klublar O Q H M T-F X
1 Zirə 4 4 0 0 5-1 12
2 Turan Tovuz 5 3 0 2 9-6 9
3 Sumqayıt 3 2 1 0 7-3 7
4 Qarabağ 4 2 1 1 6-3 7
5 Neftçi 4 1 2 1 4-3 5
6 Sabah 4 1 1 2 6-5 4
7 Səbail 4 1 1 2 6-8 4
8 Araz-Naxçıvan 4 1 1 2 4-6 4
9 Kəpəz 4 1 1 2 2-4 4
10 Qəbələ 4 0 0 4 1-11 0

Bombardirlər:

Martin Petkov ("Turan Tovuz") - 3 qol
Adama Diakabi ("Qarabağ") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol
Olavio Juninyo ("Qarabağ") - 2 qol
Rövlan Muradov ("Sumqayıt") - 2 qol

Bütün xəbərlər Facebook səhifəmizdə