“Barselona” Portuqaliya millisinin futbolçusu ilə müqavilə imzaladı
“Barselona” portuqaliyalı hücumçu Joao Feliksin transferini açıqlayıb. SİA xəbər verir ki, klub bu haqda rəsmi saytında məlumat paylaşıb.
Futbolçu “Barselona”da icarə əsasında çıxış edəcək. İcarə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Joao Feliks üç mövsüm Portuqaliyanın “Benfika”sında çıxış edib. O, 2019-cu ildə Madrid komandasına keçib. Onun “Atletiko” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Futbolçu ötən mövsümün yarısını İngiltərə Premyer Liqasında (APL) keçirib, icarə əsasında “Çelsi”də çıxış edib.
“Transfermarkt”a görə, Feliksin bazar dəyəri 50 milyon avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB