AVRO 2024: Türkiyənin milli komandasının heyəti açıqlanıb

AVRO 2024: Türkiyənin milli komandasının heyəti açıqlanıb

Türkiyə milli komandasının qarşıdakı beynəlxalq oyunlar üçün heyəti açıqlanıb. SİA xəbər verir ki, yığmanın baş məşqçisi Stefan Kunts Ermənistanla AVRO-2024-ün seçmə mərhələ və Yaponiya ilə yoldaşlıq oyunlarına 24 futbolçu dəvət edib.

Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, doqquzu yarımmüdafiəçi, üçü isə hücumçudur.

Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır;

Müdafiəçilər: Onur Bulut, Zeki Çelik, Abdulkerim Bardakcı, Cenk Özkacar, Çağlar Söyüncü, Merih Demiral, Ozan Kabak, Kazımcan Karataş, Mert Müldür;

Yarımmüdafiəçilər: Cengiz Ünder, Yusuf Sarı, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan, Salih Uçan, İrfan Can Kahveci, Kerem Aktürkoğlu;

Hücumçular: Barış Alper Yılmaz, Bertuğ Yıldırım, Umut Nayir.

Qeyd edək ki, Türkiyə millisi Yaponiya ilə sentyabrın 8-də, Ermənistanla isə sentyabrın 12-də qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə