“Mançester Yunayted” yeni mövsümə üç xalla start verdi

“Mançester Yunayted” yeni mövsümə üç xalla start verdi

İngiltərə Premyer Liqasında birinci turun son qarşılaşması baş tutub. SİA xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Vulverhempton”u qonaq edib.

Old Trafforda gələn azarkeşlər cəmi bir qolun şahidi olublar.

Varan 76-cı dəqiqədə fərqlənərək ev sahiblərinin qələbəsini təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə