“Neftçi” – “Jelezniçar” matçının biletlərinin hamısı satılıb

“Neftçi” – “Jelezniçar” matçının biletlərinin hamısı satılıb

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Jelezniçar” (Bosniya və Herseqovina) matçı üçün biletlərin hamısı satılıb. SİA xəbər verir ki, bu barədə “Neftçi” klubunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq cavab görüşünə Macarıstandan olan hakimlər təyinat alıblar. Baş hakim Balaj Berkeyə Balaj Buzaj və Balaj Sert kömək edəcəklər. Dördüncü hakim Bentse Çonka olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə