Basketbol üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Basketbol üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionu olmuş 16 yaşadək qızlardan ibarət basketbol millisi Vətənə qayıdıb. SİA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda onları federasiya rəsmiləri, azarkeşlər, ictimaiyyət nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi iyulun 23-də Avropa çempionu olub.

Yığma tarixi nailiyyətə Andorrada təşkil edilən yarışda imza atıb. Qızlar "C" divizionunun final oyununda yerli komanda ilə qarşılaşıblar.

Andorranı 57:45 hesabı ilə məğlub edən Azərbaycanın U-16 komandası heç bir görüşdə uduzmadan qitə çempionluğunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə