"Fənərbaxça"da transfer işləri sürətini artıraraq davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, əcnəbi qapıçı almaq istəyən sarı-göylü futbolçular uzun müddətdir Dominik Livakoviçlə yaxından maraqlanır.
Əvvəllər Xorvat qapıçı ilə anlaşan, daha sonra futbolçunun klubunu razı salan sarı-göylülərin yoluna Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandası daş qoyub və Zaqreb “Dinamo”suna 10 milyon avro təklif edib. Səudiyyəlilər Livakoviçə 5 illik 6 milyon avroluq müqavilə də təklif ediblər. “Əl-Nassr”la anlaşan Zaqreb “Dinamo”su yekun qərarı Dominik Livakoviçin öhdəsinə buraxıb.
Qapıçı Səudiyyə Ərəbistanı rəhbərliyinə “Fənərbağça”ya söz verdiyini və Ərəbistanda oynamaq istəmədiyini çatdırıb. Bu xəbər Fənərbaxça cəbhəsində xoşbəxtlik yaradıb və xorvatiyalı qolkiperin gələn həftə İstanbula gəlməsi gözlənilir.
Sarı-göylü komanda 28 yaşlı qolkiperlə 2027-ci ilə qədər müqavilə imzalayacaq. Dominik Livakoviçə də illik 2 milyon avro maaş veriləcək. Zaqreb "Dinamo"suna 9 milyon avro hissə-hissə ödəniləcək.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB