"Mançester Yunayted" "İnter"in qapıçısı Andre Onana ilə 47,2 milyon funt-sterlinq (55 milyon avro) dəyərində müqavilə imzalayıb. SİA BBC Sport-a istinadən xəbər verir ki, 27 yaşlı kamerunlu futbolçu ilə 5 illik müqavilə imzalanıb, müqavilənin müddəti 12 ay uzadılıb. Müqavilənin ilkin dəyəri 43,8 milyon funt sterlinq və əlavələr üçün mümkün olan 3,4 milyon funt-sterlinqdir və keçmiş “Ajax” qapıçısı “Yunayted” komandasına Birləşmiş Ştatlara mövsümöncəsi turunda qoşulmağa hazırlaşır.
Onana "Yunayted"in əsas qapıçısı kimi Devid de Xeanı əvəz edəcək. Devid iyulda klubu 12 illik müqaviləsi başa çatdıqdan sonra tərk etmişdi.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB