"Əvvəlki illərdən fərqli olaraq dörd dəfə çox idmançı yarışacaq" - QURUM RƏSMİSİ BİLDİRİB

"Əvvəlki illərdən fərqli olaraq dörd dəfə çox idmançı yarışacaq" - QURUM RƏSMİSİ BİLDİRİB

"28 iyul- 8 avqust tarixlərində Çində Universiada keçiriləcək. İdmançılarımız 24 iyul tarixində yola düşəcək. Geri dönüş isə 9 avqust tarixində baş tutacaq". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyininin, idman şöbəsinin müdir müavini, nümayəndə heyətinin rəhbəri Nicat Həsənov iyulun 20-də Gənclər və İdman nazirliyinin inzibati binasında təşkil olunan XXXI Ümumdünya Yay Universiadası ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib.

"18-27 yaş aralığında olan idmançılarımız iştirak edəcək. Ümumilikdə yarışda 88 idmançımız iştirak edəcək. 20 təhsil müəssisəsindən idmançılarımız yarışacaq. Azərbaycan komandasının bayraqdarı kişilərdə atlet Nazim Babayev, qadınlarda cüdoçumuz Gültac Məmmədəliyev olacaq. Bu il 100-dən çox ölkə qeydiyyatdan keçib. Çində baş tutacaq bu universiada əvvəlkilərdən idmançı sayına görə fərqlənir. Sonuncu universiadadan fərqli olaraq idmançı sayı 4 dəfə artıqdır. Bəzi idman növü üzrə yarışçılarımız təlim-məşq toplanışından sonra birbaşa Çinə yollanacaq. Hər bir idmançımıza uğurlar arzu edirik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə