"Rumıniyada gərgin mübarizənin şahidi olacağıq" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Təbii ki, iyulun 22-də Rumıniyada keçiriləcək yarışla bağlı gözləntilərimiz böyükdür. Yığmanın heyətində yer alan hər bir boksçuya inanırıq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Boks Federasiyasının mətbuat katibi Tahir Hümmətov deyib.
"Bizim əsas məqsədimiz yeniyetmə kaded boksunu daha da inkişaf etdirib gənclərdə yüksək nəticə, böyüklərdə daha önəmli uğurlar qazanmaqdır. İnanırıq ki, Azərbaycan boksçuları Rumıniyada özlərini yaxşı mənada göstərəcəklər. Nəzərə alsaq ki, Avropa Çempionatıdır və qitənin ən güclüləri bu yarışda iştirak edəcəklər, gərgin mübarizənin şahidi olacağımızı söyləyə bilərik. Hədəfləyirik ki, idmançılarımız yüksək nəticə ilə Vətənə qayıtsınlar"-, deyə o əlavə edib.
Qeyd edək ki, oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq), Eldar Abdullazadə (52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə (57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı (63 kq), Abbasqulu Şadlinski (66 kq), Əli Məmişov (70 kq), Mircəlal Mirağayev (75 kq), Hüseyn Hüseynli (80 kq) və İlkin Məmmədli (+80 kq) qüvvəsini sınayacaq.
Qız boksçulardan ibarət komandanı isə qitə birinciliyində rinqə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılov çıxaracaq. Onlar yarışda Banuçiçək Nəsirli (46 kq), Cəmilə Sultanlı (48 kq), İnci Məcidli (50 kq), Mələk Hümbətova (57 kq), Özləm Həsənova (63 kq) və İlkanə Əhmədovaya (+80 kq) şans verəcəklər.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB