"Cəbəllütariqdə oyunumuz çox çətin şəraitdə keçdi". SİA xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib.
"Doğrudur, orada futbolçuların nə qədər həyəcanlandığını gördüm. Amma son anda "Qarabağ" qol vurmasaydı, çox üzüləcəkdim. Bu gün isə öz meydançamızda, eyni zamanda sərin havada çox gözəl bir oyun keçdi. Azərbaycan bu gün gözəl futbola doydu. Bəhlulun qolu Avropa futbolu keyfiyyətində bir qol idi. Bu uğurlarımız inşallah davam edəcək"-, deyə o qeyd edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB