Norveçli tennisçi Ulrikke Eikeri Uimbldonda rusiyalı Aleksandra Panova ilə tandemdə oynadığı üçün üzr istəyib, SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri SVT verir.
“...Həqiqətən üzr istəyirəm. Geriyə baxanda bu haqda əvvəlcədən düşünməliydim, amma təəssüf ki, etmədim. Dünyadakı vəziyyəti nəzərə alaraq seçimimə görə çox peşmanam. Mən Ukraynanı tam dəstəkləyirəm”, - deyə 30 yaşlı idmançı bildirib
Qeyd edək ki, Eikeri və Panova Uimbldonda cütlük yarışlarında ikinci mərhələyə yüksəliblər. Onu da qeyd edək ki, Uimbldondan əvvəl də onlar iki turnirdə birlikdə oynayıblar.
Yeri gəlmişkən Eikeri WTA (Qadın Tennis Assosiasiyası) cütlüklər reytinqində 55-ci yerdədir. 34 yaşlı Panova isə 78-ci sırada yerləşir.
Uimbldondan sonra rusiyalı artıq digər tərəfdaşlarla - macar Timea Babos və hollandiyalı Bibiana Sxofs ilə oynayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB