“Neftçi” 700 minlik futbolçu aldı

“Neftçi” 700 minlik futbolçu aldı

ÇFR-in müdafiəçisi Yuri Matiasın “Neftçi”yə transferi reallaşıb. SİA xarici KİV-ə istinadən məlumatına görə, keçidin detalları da artıq müəyyənləşib.

Rumıniya klubunun bu transferdən qazandığı məbləğ də açıqlanıb. Bildirilib ki, “Neftçi” braziliyalı mərkəz müdafiəçisinin keçidi müqabilində ÇFR-ə 400 min avro (763 min manat) ödəyib.

Qeyd edək ki, 28 yaşlı Matias hazırda Moskvada təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə