Ferran Torres “Barselona”da qalmaq istəyir…

Ferran Torres “Barselona”da qalmaq istəyir…

Ferran Torres “Barselona”nın onu bu transfer pəncərəsində satmaq istədiyini başa düşür. Buna baxmayaraq, futbolçu, katalan klubunun bir il əvvəl satmaq istədiyi yarımmüdafiəçi Frenki de Yonqun nümunəsindən yararlanmağa çalışır.

Xatırladaq ki, həmə ərəfədə Frenki de Yonqun hansı vasitədən istifadə etdiyi məlum olmasa da, amma indi katalan rəhbərliyi indi onu toxunulmaz hesab edir.

Məsələ bundadır ki, Torres “Barselona”da qalmaq və başlanğıc heyətdə yerlərə layiq olduğu məşqçilərə sübut etmək niyyətindədir.

Yeri gəlmişkən, 23 yaşlı ispaniyalı 2022-ci ilin yanvar ayında “Manchester Citi”dən 55 milyon avrodan müqabilində Xavi Ernandesin komandasına keçib.

Keçən mövsüm, İspaniya çempionatında 4 qol vuran Torres 2 məhsuldar ötürmə də edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə