Rusiya və Belarus idmançıları Parisə dəvətli deyillər

Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarının qəbulu ilə bağlı Avropa ölkələrinin mövqeyini tənqid edib
Rusiya və Belarus idmançıları Parisə dəvətli deyillər

Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarının beynəlxalq yarışlara buraxılmasına qarşı çıxan Avropa İttifaqı ölkələrinin mövqeyini tənqid edib.

SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi bəyanatında Avropa ölkələrini “ikili standartlarda” və idman federasiyalarının işlərinə qarışmaq cəhdində ittiham edib.

Bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının təklikdə beynəlxalq yarışlara neytral statusda buraxılmasını tövsiyə etmişdi. Bir sıra Avropa İttifaqı ölkələri belə bir qərara qarşı çıxdıqlarını bildiriblər. Qeyd edək ki, Rusiya idmançılarının mümkün iştirakı ilə əlaqədar bir neçə idman tədbiri ləğv edilib.

Onu da qeyd edək ki, Çexiya hökuməti rusiyalı idmançıların öz ərazisindəki turnirlərdə iştirakına qadağa qoyub, idmançılar Polşada keçirilən yarışlarda viza problemi ilə üzləşib, Baltikyanı ölkələr ruslara viza vermir. Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri rusları viza qadağası ilə hədələyib.

...Bəzi hökumətlərin Olimpiya Hərəkatındakı çoxluğa və ya idmanın muxtariyyətinə hörmət etmək istəmədiyini görmək kədərlidir.

Bu, Beynəlxalq Olimpiya Komitəsinin bəyanatında deyilir.

Yeri gəlmişkən Beynəlxalq Olimpiya Komitəsinin mövqeyini tənqid edən Avropa ölkələri “BMT İnsan Hüquqları Şurasının iki xüsusi məruzəçisinin bəyanatına kobud məhəl qoymamaqda” ittiham olunur.

“Bütün maraqlı tərəflər bir daha açıq şəkildə bildiriblər ki, hökumətlər hansı idmançının yarışmaq hüququna malik olduğuna qərar verə bilməzlər. Bu, bildiyimiz kimi beynəlxalq idmanın sonu olacaq”.

Bu da Beynəlxalq Olimpiya Komitəsinin deyilir.

Yeri gəlmişkən Rusiya və Belarusun iyulun 13-də Parisdə keçiriləcək Olimpiya Oyunlarına dəvət almayacağı məlum olub.

...Kreml iyulun 14-də bu qərarı tənqid edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə