SİA-nın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsində Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.
İlk iki qarşılaşmada "Qəbələ" Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək.
“Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.




USD
EUR
GBP
RUB