"Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər" - QURUM RƏSMİSİ DANIŞDI
"Batumidə beynəlxalq turnir 10 ölkənin iştirakı ilə keçirilib". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Karate Do Federasiyasının prezidenti Arif Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunda Batumi şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan komandasının qarşılanma mərasimində deyib.
Onun sözlərinə görə, bu yarışda Ermənistanı daha çox idmançı təmsil edib. “Bu səbəbdən bütün idmançılarımızı təlimatlandırmışdıq ki, ermənilər nə qədər təxribat törətməyə çalışsalar da heç kim onlara əhəmiyyət verməsin. Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər. Lakin bizim idmançılarımız qalib ölkənin vətəndaşı olaraq onlara heç bir reaksiya vermədi. Mən buna görə bütün idmançılarımızı təbrik edirəm. Sözün əsl mənasında idmançılarımız Azərbaycanı layiqincə təmsil etdilər", - deyə federasiya prezidenti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB