“Barselona”nın hücumçusu Robert Levandovski klubdakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, 34 yaşlı futbolçu “Bavariya”dan ayrıldıqdan sonra “Barselona”da uğurlu debüt mövsümü keçirib, mavi qranatda İspaniya çempionu olub və La Liqanın bombardiri adını qazanıb.
“Bu layihənin bir hissəsi olduğum üçün çox şadam. “Barselona”da keçirdiyim hər günü, komanda üçün hər oyunu qiymətləndirirəm. Biz ciddi problemlə üzləşdik və yenidənqurma ilə ləyaqətlə mübarizə apardıq. İndi hazır olmalıyıq ki, “Barselona”nın rəqibləri bizimlə matçlara daha ciddi şəkildə köklənəcəklər - hamı bizi məğlub etmək üçün əlindən gələni edəcək”.
Qeyd edək ki, bu fikirləri “Barca Universal” Levandovskidən sitat kimi gətirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB