“Qəbələ” klubu daha iki futbolçusu ilə müqaviləni yeniləyib. SİA kluba istinadla xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayınadək uzadılıb.
Ülvi İsgəndərov komandanın heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. K.Atanqana “qırmızı-qara” forma ilə 15 matça çıxıb.
Xatırladaq ki, “Qəbələ” bunadək daha dörd futbolçusu - İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaları yeniləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB