"Əziz Şuşa" beynəlxalq velosiped yarışının IV mərhələsinə start verilib - YENİLƏNİR - FOTOLAR
Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının IV mərhələsinə start verilib. SİA xəbər verir ki, startdan öncə yarışın Təşkilat Komitəsinin rəhbər şəxsləri və üzvləri, həmçinin veloturun lider idmançıları Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
IV mərhələ Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısından başlayıb. İdmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 kilometr məsafə qət edəcəklər. Daha sonra qaliblərin mükafatlandırma mərasimi və IV mərhələnin yekununa həsr olunmuş mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın III mərhələsində Belçikanın "Bataia Brigade" klubunun üzvü Yari Verstraeten (03:36:49) birinci, Rumıniya milli komandasının üzvü Mihnea-Aleksandru Harasim (03:36:49) ikinci, Qazaxıstanın "Almaty Astana Motors" klubunun üzvü Anton Kuzmin (03:36:49) üçüncü yerdə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB