“Azərbaycan uğurlu təşkilatçı kimi öz imzasını atdı” - Spiros Kapralos
“Düşünürəm ki, birinci Avropa Oyunları böyük uğur idi. Burada yarışan idmançılar çox böyük təcrübə əldə etdilər”. SİA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında bildirib.
O sözlərinə belə davam edib: “Yarış həmçinin, bütün dünyaya Azərbaycanın gözəlliklərini, bu ölkədə mövcud olan təşkilatçılıq imkanlarını görmək imkanı verdi. Əlbəttə ki, oyunlara dövlət başçısı və birinci Xanım tərəfindən göstərilmiş dəstək də özünü göstərdi. Cənab Prezident İlham Əliyevin oyunlara göstərdiyi dəstək Azərbaycanı qlobal arenaya tanıtdı. Azərbaycan bu oyunlardan sonra digər beynəlxalq idman tədbirlərini də özünə cəlb etdi və uğurlu təşkilatçı kimi öz imzasını atdı. Düşünürəm ki, bu, ümumiyyətlə ölkədəki idman və onun inkişafı üçün sizin atdığınız ən möhtəşəm addımdır. Hesab edirəm ki, sizin ölkənizin gəncləri bəlkə də gələcəkdə yenidən Azərbaycanda təşkil olunacaq oyunların yenidən şahidi olmağa layiqdirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB