Boksçularımız Macarıstanda beynəlxalq turnirə yollanıb

İyunun 6-da Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək. SİA xəbər verir ki, baş məşqçi Elbrus Rzayev turnirdə Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Məhəmmədəli Aşurəliyev, Tamerlan Əlimzanov ( hər ikisi 57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (63,5) və Fərhad Şeydayevə (75 kq) şans verəcək.

Qız boksçuların yarışında isə məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında Banuçiçək Nəsirli (46 kq), İnci Məcidli (50) və Özləm Həsənova (63 kq) qüvvəsini sınayacaq.

Bu gün səfərə yollanan komanda iyunun 10-da Bakıya qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə