"Monako" baş məşqçisini istefaya göndərdi

Fransanın "Monako" klubu baş məşqçi Filipp Klemanla yolları ayırıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın gözlənilən nəticəni verməməsi Klemanın qovulmasına səbəb olub.

"Monako"nun bu mövsüm Liqa-1-də 6-cı yeri tutaraq avrokuboklardan kənarda qalıb.

Qeyd edək ki,ötən ilin yanvarında "Monako"ya baş məşqçi təyin edilən belçikalı mütəxəssisin müaviləsi 2024-cü ilin iyun ayına qədər idi.

Bütün xəbərlər Facebook səhifəmizdə