“Real”ın futbolçusu Kərim Benzema “Əl-Nəsr”in oyunçusu Kriştiano Ronaldo ilə Səudiyyə Ərəbistanı liqası haqda danışıb. SİA xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki, Madrid təmsilçisinin hücumçusu iki mövsüm ərzində ildə 100 milyon avro qazanacağı "Əl İttihad”a keçməyə yaxındır.

Benzema Ronaldodan həm Səudiyyə Ərəbistanı çempionatı ilə bağlı məlumatlar, həm də ölkədəki həyat təəssüratları ilə maraqlanıb.

Hazırda keçidlə bağlı yekun qərar hələ verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə