"Qan ver, həyat xilas et" şüarı altında qanvermə aksiyası keçirilib - YENİLƏNİB -FOTOLAR
Mayın 27-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi dəstəyi ilə "28 May - Müstəqillik Günü"nə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı altında könüllü qanvermə aksiyası keçirilib. SİA xəbər verir ki, Bakı Biznes Mərkəzində saat 9:00-dan 17:00-dək baş tutan aksiyada Gənclər və idman Nazirliyinin rəhbərliyi və kollektivi, idmançılar, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Aksiyada 500-ə yaxın nəfər donor qan verib.
Aksiya eyni zamanda Mərkəzi Qan Bankının region bölmələrində (Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Quba, Sumqayıt və Lənkəran) saat 9:00-dan 16:00-dək keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB