2023 "Formula 1" Azərbaycan Qran-prisinin mükafatlandırılma mərasimi keçirilib

2023 "Formula 1" Azərbaycan Qran-prisinin mükafatlandırılma mərasimi keçirilib

2023 "Formula 1" Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Gənclər və İdman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzəliyev iştirak edir.

Mükafatlandırma mərasimində 2023 "Formula 1" Azərbaycan Qran-prisində qalib olan pilotlara mükafatlar təqdim olunub.

İki saat davam edən yarış nəticəsində Red Bull komandasının pilotu Serxios Peres qalib olub. İkinci yerdə komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə