28-30 aprel tarixlərində Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF / ESF) təşkilatçılığı ilə 13-cü avropa çempionatı keçiriləcək.
Komandamızın heyətində, komandamızın kapitanı, ikinci dan qara kəmər sahibi Ülvi Məmmədov (+84 kq) da yer alıb.
Qeyd edək ki, Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabr ayının 5-7 –də Türkiyədə WSF üzrə dünya çempionatında gümüş medal, 2022-ci ildə Qırğızıstanda keçirilən açıq Asiya çempionatında gümüş medal,
2022-ci ildə Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatında isə fəxri kürsünün birinci pilləsinə qalxaraq dünya çempionu tituluna sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə