Belçika “Brügge”si ilə müqavilə öhdəlikləri ilə bağlı olan 20 yaşlı Fil Dişindən olan müdafiəçi Abakar Sillaya transfer bazarında tələbat var.
“Todofichajes.com” əməkdaşlarının məlumatına görə, Kataloniya “Barselona”sı afrikalı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Lissabonun "Benfika" klubu da futbolçu uğrunda mübarizədə “mavi qranat”la rəqabət aparmaq niyyətindədir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda müdafiəçinin bazar dəyəri 9 milyon avro olaraq qiymətləndirilir.
Belçika çempionatının bu mövsümündə Abakar 17 oyun keçirib və o, beş sarı və iki qırmızı vərəqə alıb.
O, 2021-ci ildən “Brügge” klubunda çıxış edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB