Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Monteneqronun Podqoritsa şəhərində keçiriləcək "WTT youth star contender" beynəlxalq turnirində iştirak edəcəklər. Federasiyadan SİA-ya verilən məlumata görə, 30-a yaxın ölkə təmsilçisinin qatılacağı yarışda milli komandanın iki üzvü bacarığını göstərəcək.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova ilə Adil Əhmədzadə qüvvəsini sınayacaq. Aprelin 11-i və 12-də qızlar, 14-ü və 15-də oğlanlar mübarizə aparacaqlar. Aprelin 13-də isə qarışıq-qoşa turnirində mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, Mərziyyə Nurmətova ötən ay Antalyada keçirilmiş anoloji yarışda bürünc medala layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə