İspaniya kubokunda ilk finalçı müəyyənləşib

İspaniya kubokunda ilk finalçı müəyyənləşib

İspaniya kubokunda ilk finalçı müəyyənləşib. SİA xəbər verir ki, yarımfinalın cavab oyununda "Atletik" "Osasuna"nı qəbul edib. Bu komandalar arasında ilk görüşdə "Osasuna" 1:0 hesabı ilə qalib gəlmişdi. Görüşün əsas vaxtında "Atletik" 1 cavabsız qol vurduğu üçün əlavə vaxta ehtiyac duyulub. Burada bərabərlik qolunu vuran "Osasuna" finala yüksəlib.

"Atletik" - "Osasuna" - 1:1
Qollar: Ulyams, 33 (1:0), İbanes, 116 (1:1)
İlk oyun - 0:1

"Osasuna" finalda "Barselona" - "Real" cütünün qalibi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə