"Kastilya"nın baş məşqçisi Raul Qonzales "Real"ı çalışdırmağa hazırdır. SİA xəbər verir ki, bu barədə "Madrid Xtra" məlumat yayıb. Bildirilib ki, ispan mütəxəssis bu barədə Madrid klubunun rəhbərliyinə bildirib.
Xatırladaq ki, Raulun hazırda çalışdırdığı "Real"ın ikinci komandas olan "Kastilya" İspaniyanın üçüncü divizionunda çıxış edir.
Qeyd edək ki, "Real"ın hazırkı baş məşqçisi Karlo Ançelottidir. Onunla yolları ayıra biləcəkləri barədə xəbərlər yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə