MOK rəsmisi ANOC-un idman direktorlarının seminarında iştirak edib - FOTOLAR

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev İordaniyanın paytaxtı Ammanda Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) idman direktorlarının II seminarında iştirak edib. MOK-dan SİA-ya verilən məlumata görə, ANOC-un baş katibi Qunilya Lindberqin çıxışından sonra Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarında yaranmış problemlər müzakirə olunub.

Akkreditasiya, yerləşdirmə, idmançılar və məşqçilərin oyunlardan kənar münasibətləri, onların təhlükəsizliyi kimi mövzular ətrafında müzakirə aparılıb.

Həmçinin seminarda Milli Olimpiya Komitələrinin federasiyalarla əməkdaşlığının gücləndirilməsi, idmançı və məşqçilərlə birgə fəaliyyətlə bağlı təkliflər səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə