Daha iki yunan-Roma güləşçimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.
SİA-nın əldə etdiyi məlumata görə, Qurban Qurbanov (72 kq) yarımfinalda Gürcüstan idmançısı Giorgi Çxikvadzeyə, Murad Əhmədiyev (97 kq) isə almaniyalı Lukas Lazoqianisə qalib gələrək qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.
Daha əvvəl çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Elmir Əliyev yarımfinalda Gürcüstan idmançısı Dmitri Xaçidzeni məğlub edərək finala adlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB