Neymar karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib

Neymar karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib

Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib. SİA xəbər verir ki, Braziliya millisinin üzvü 2027-ci ildə futbolla vidalaşmağı planlaşdırır.

31 yaşlı hücumçu həmin vaxta qədər məhz PSJ-nin formasını geyinmək və karyerasını Paris təmsilçisində bitirmək niyyətindədir. 2017-ci ildən PSJ-nin formasını geyinən ulduz futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Qeyd edək ki, sağ dizindən əməliyyat olunan Neymar üçün cari mövsüm başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə