"Çelsi" azarkeşi "Tottenhem"in futbolçusu Son Hın Min haqqında söylədiyi fikirlərə görə 3 il müddətinə futbol yarışlarından uzaqlaşdırılıb. SİA xəbər verir ki, bu barədə "Football London" məlumat yayıb. 14 avqust 2022-ci ildə “Tottenhem"ə qarşı 2:2 hesablı oyun zamanı 30 yaşlı "Çelsi" azarkeşi cənubi koreyalı yarımmüdafiəçini irqçilik zəminində təhqir edib. "Çelsi" hadisəni törədənin kimliyini müəyyən edə bilib.
Azarkeş 726 funt sterlinq məbləğində cərimələnib və 3 il futboldan uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB