Almaniyanın Qərb Regional Liqasında 20-ci turdan təxirə salınmış oyun keçirilib. SİA xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” səfərdə “Lippştadt”la qarşılaşıb. 31 yaşlı forvardın komandası oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Şalke-2” hazırda turnir cədvəlinə 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB