Marselo "Olimpiakos"dan getdi

Braziliya millisinin sabiq futbolçusu Marselo "Olimpiakos"dan (Yunanıstan) ayrılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Marselo 2022-ci ilin sentyabrından "Olimpiakos"da oynayırdı. "Real"ın sabiq futbolçusu həmin vaxt Yunanıstan klubu ilə 1+1 sxemli müqavilə imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə