“Qarabağ” və “Sabah” meydana Türkiyəyə dəstək banneri ilə çıxıblar - FOTOLAR

“Qarabağ” və “Sabah” meydana Türkiyəyə dəstək banneri ilə çıxıblar - FOTOLAR

Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Qarabağ” - “Sabah” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. SİA xəbər verir ki, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.

“Acınızı paylaşırıq. Sizinləyik, qardaş Türkiyə!”, - bannerdəki yazıda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə